Ərdoğan Putinə zəng etdi

Ərdoğan Putinə zəng etdi
  30 Dekabr 2016    Oxunub:1413
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, telefon danışığı Ərdoğanın təşəbbüsü ilə baş tutub.

Söhbət zamanı tərəflər Suriya münaqişəsini və iki tərəfin səyi ilə əldə olunan atəşkəs rejiminin şərtlərini müzakirə ediblər.

Bundan başqa Astanada baş tutacaq Suriya sülh sammiti ilə bağlı fikir mübadiləsi aparılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti