İlham Əliyevin sənədləri bu gün MSK-ya təqdim olunacaq

İlham Əliyevin sənədləri bu gün MSK-ya təqdim olunacaq
  20 Avqust 2013    Oxunub:1209
Azərbaycan prezidentliyinə növbəti dəfə namizəd, Yeni Azərbaycan Partiyasının (YAP) sədri İlham Əliyevin sənədləri bu gün Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim olunacaq.

Bunu YAP icra katibinin müavini, deputat Mübariz Qurbanlı bildirib. O qeyd edib ki, İlham Əliyevin vərəqləri artıq tam hazırdır: “Bütün bölgələrdən daxil olan imza vərəqələri partiyanın icra katibliyində tam yoxlanılıb və artıq təqdim etmək üçün hazırdır. Lakin qanunvericiliyə görə, seçkiyə 50 gün qaldıqdan sonra imza vərəqələri MSK-ya təqdim oluna bilər. Buna görə də biz vaxtından əvvəl imza kampaniyasını başa çatdırmağımıza baxmayaraq, avqustun 20-də sənədləri MSK-ya təqdim edə biləcəyik”.

Xatırladaq ki, Mərkəzi Seçki Komissiyası (MSK) avqustun 10-da keçirdiyi iclasda İlham Əliyevin namizədliyini təsdiq edib.(apa)


Teqlər:  





Xəbər lenti