`Obama Amerika xalqını alçaldıb` - Zaxarova

`Obama Amerika xalqını alçaldıb` - Zaxarova
  30 Dekabr 2016    Oxunub:2784
ABŞ-ın tətbiq etdiyi yeni sanksiyalara cavab olaraq Rusiya XİN dekabrın 30-da bəyanat verəcək.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova öz “Facebook” səhifəsində yazıb.

Zaxarova vurğulayıb ki, Amerika xalqı hazırda beynəlxalq terrorçular və düşmən ordusu tərəfindən deyil, öz prezidenti tərəfindən alçaldılıb.

“Vaşinqtona bu dəfə silləni onun öz sahibi vurdu. Bununla da o, yeni administrasiya üçün təxirəsalınmaz işlərin sayını maksimum şəkildə artırdı. Qisas alınmamalıdır, Yaxın Şərqdə atılan addımlar kompleks şəkildə olmalı idi”, - deyə Zaxarova qeyd edib.

“Bütün dünya Barak Obamanın və onun azsavadlı komandasının Amerikanın nüfuzu və liderliyinə endirdiyi sarsıdıcı zərbəni müşahidə edir. Onlar bununla özlərinin əsas sirrini ifşa etdilər”, - deyə Zaxarova yazıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti