Rəsul Quliyev :`Milli Şurada namizədliyə layiq insan yoxdur`

Rəsul Quliyev :`Milli Şurada namizədliyə layiq insan yoxdur`
  20 Avqust 2013    Oxunub:1138
ACP-nin sədri, eks- spiker Rəsul Quliyev facebook profilində Milli Şuranın bazar günü keçirilən mitinqinə münasibət bildirib. Görünür parlamentin keçmiş sədri Milli Şuranın altrenativ namizəd axtarmasından narazıdır. R. Quliyev narazılığını təşkilatda İbrahimbəyovdan başqa namizədliyə layiq üzvin olmaması ilə əsaslandırır.

“Bu gün hökümət üçün Milli Şura özü vahid namizədini dəstəkləmir, alternativ axtarır mövzusunun inkişaf etdirilməsindən önəmli heç bir məsələ yoxdur. 19 Avqust Milli Şuranın iclası höküməti məqsədinə xeyli yaxınlaşdırdı. Milli Şurada alternativ namizədin axtarılmasını anlamaq çox çətindir. Bir neçə hörmətli alim, informasiya işçiləri, keçmişdə deputat təyin olmuş kimlərinsə alternativ namizədlikləri barəsində müzakirə açmaq faciədir. Diktator prezident olmaq problem deyildir,onu Xruşşovun sözü olmasın aşpazda bacarar. Özün amansız ol ətrafınada banditləri topla diktatorluğunu et . Ancaq demokrat prezident hər adam ola bilməz. Dekan vəzifəsi seçkili olsa, heç o vəzifəyə seçilmə şansı olmayanlar gəlib prezident ola bilməz. Demokratik ölkənin prezidenti gündə azı 100 qərar qəbul etməlidir. O axırıncı instansiyadır başqasının üzərinə məsuliyyəti qoya bilməz. Hərtərəfli biliyə, yüksək səviyyəli idarəçilik təcrübəsinə malik olmalıdır.

Milli Şurada necə neytral ziyalı alternativ namizəd tapmaq oları təsəvvür edə bilmirəm. Bu lap Çinnilərin zərb məsəlinə oxşadı. ‘’Qaranlıq otaqda qara pişiyi tapmaq olmaz, xusilə əgər pişik orada yoxdursa’’. Sözsüz ki, bu zərb məsəlin konkret insanlara aid olmadığını bilirsiniz. Bunun mənası sadəcə olaraq olmayan şeydə mövcudluq axtarmaq əbəs işdir deməkdir”.

R.Quliyev eyni zamanda mitinqin uğursuz alınmasının səbəbini xalqın Milli Şuraya olan inamsızlğında görüb.

“Mən düşünürdüm ki, 19 Avqustda Milli Şura mitinqin niyə belə zəif təşkil olunmasının səbəblərini araşdıracaq, başqa heç bir məsələ müzakirə olunmayacaq. Hava çox isti idi, ona görə camat az gəldi və ya hökümətdən qorxurlar səbəbləri göstərilir.

Mən düşünürəm, əgər havanın istiliyi camaatın gəlməməsinə səbəb kimi göstərilirsə batdı bu Azərbaycan.

Kİmsə Camaat qarşı tərəf kimi, bizlərə də inanmır, depresiyadadır ona görə gəlmir səbəbini gətirmir. Bu məsələdədə biz faktiki olaraq hökümətin dəyirmanına su tökürük. Bizim köməksizliyimizin fonunda hökümətin iğtişaşlardan qorxma sindromu zəifləyir və təbiiki səhv buraxmaq ehtimalı azalır.
Milli Şuranın hər bir üzvü papağını qarşısına qoyub düşünsün, 19 avqust müzakirəsi bu xalqa nə Verdi?
Ümidsizlik, çaşqınlıq, apatiya, üz döndərmək,hökümətin ətəyindən tutmaq meyillərinin güclənməsi. Rüstəm İbrahimbəyov kim istəyir namizədliyini versin ideyasını ortaya atmışdı, nəyə görə vahid namizədə vahid alternativ ideyası ortaya çıxdı ? Belə bir alternativin olmadığını bilə -bilə.

Birinci Milli Şurada işini belə qurduğuna görə cəmi 20 gün yaşadı. 100 il keçib biz eyni səhvi təkrarlayırıq. Onda Nuri paşa var idi, Milli Şuraya özünü bağlaması barədə ultimatum verdi. Müstəqil Azərbaycanın yaradıcıları Fətəli xan Xoyski başda olmaqla cəmi 9-10 nəfər idi. Bu şəxslər Müstəqil Azərbaycanın deklarativ yox bütün real dövlətçilik atributlarını yaratdılar.

Azərbaycanın taleyinin həll olunduğu bir vaxtda seyriçilik ,heç kimin xətrinə dəyməmək mövqeində dayana bilmərəm, bunları kimisə incitmək naminə yazmıram. Ancaq həqiqətin gözünə dik baxmaq lazımdır”-deyə eks-spiker vurğulayıb.

AzVision.az



Teqlər:  





Xəbər lenti