Sarkisyan seçki təyin etdi - Aprel döyüşləri günü

Sarkisyan seçki təyin etdi - Aprel döyüşləri günü
  30 Dekabr 2016    Oxunub:6780
Ermənistanda parlament seçkilərinin vaxtı müəyyənləşib.
AzVision.az TASS-a istinadən xəbər verir ki, Ermənistan prezidenti Serj Sarkisyan 2017 ci ildə keçirilməsi planlaşdırılan parlament seçkilərinin vaxtını elan edib.

Sarkisyan bununla bağlı müvafiq sərəncam imzalayıb. Ermənistan prezidentinin rəsmi internet səhifəsində yer alan məlumata görə, parlament seçkiləri 2017-ci il aprelin 2-də keçiriləcək.

"Ölkə üzrə ümumilikdə 38 seçki məntəqəsi fəaliyyət göstərəcək. Bunlardan 10-u paytaxt İrəvanda, digərləri isə əyalətlərdə olacaq"-, deyə Ermənistan Mərkəzi Seçki Komissiyasından bildirilib.

Qeyd edək ki, Sarkisyanın seçkiləri 2 aprel tarixinə təyin etməsi heç də təsadüf deyil. Həmin gün aprel döyüşlərinin 1 ili tamam olacaq.

Xatırladaq ki, Ermənistanda sonuncu parlament seçkiləri 2012-ci ildə keçirilib.

Türkan Məmmədli
AzVision.az


Teqlər:  





Xəbər lenti