Atəşkəs cəmi 2 saat davam etdi

Atəşkəs cəmi 2 saat davam etdi
  30 Dekabr 2016    Oxunub:1913
Suriyada dünən elan edilən və gecə saat 00:00-dan qüvvəyə minən atəşkəs iki saat sonra İdlibdə pozulub.
AzVision.az-ın "Milliyyət" qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə xəbəri qərargahı Londonda yerləşən Suriya İnsan Haqları Mərkəzi yayıb. Qeyd olunub ki, atəşkəs İdlibin Xama sərhədindəki iki kənddə pozulub.

Silahlı qarşıdurmada tərəflər bir-birini günahlandırır. Suriya Silahlı Qüvvələri bir əsgərin öldürüldüyünü bildirib.

Qeyd edək ki, bu gün BMT-nin Təhlükəsizlik Şurası Suriya mövcud vəziyyəti müzakirə etmək üçün toplanacaq. Qapalı sessiyada əsas məsələ atəşkəsin əldə olunmasıdır.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti