ABŞ-ın qovduğu rus diplomatlar Moskvaya qayıda bilmir

ABŞ-ın qovduğu rus diplomatlar Moskvaya qayıda bilmir
  30 Dekabr 2016    Oxunub:1920
ABŞ-dan qovulan rusiyalı diplomatlar ölkələrinə qayıda bilmirlər.
Bu barədə AzVision.az “İnterfax”-a istinadən xəbər verir.

“Bilet yoxdur. Bütün biletlər Yeni il ərəfəsində alınıb. Lakin insanlara cəmi 72 saat vaxt verilib. Düzü onların çatdırıb-çatdırmayacağını bilmirəm”, - deyə mənbə agentliyə bildirib.

Onun sözlərinə görə, diplomatlar yaxın vaxtlarda Vaşinqtondan Nyu-Yorka gəlməlidirlər. Çünki burada onların bilet tapmaq şansları var.

Mənbə, həmçinin qeyd edib ki, diplomatlar böyük ehtimalla yeni ili təyyarədə keçirəcək: “Bu insanlar üçün xoşagəlməz sürpriz oldu, onlar yeni ili qeyd etməyə hazırlaşırdılar”.

Qeyd edək ki, ötən gün ABŞ 35 rusiyalı diplomatın ölkədən çıxarılması ilə bağlı qərar qəbul edib. Rusiyalı diplomatlar prezident seçkilərinə müdaxilə etməkdə və diplomatik fəaliyyətin pozulmasında ittiham edirlər. Diplomatlara ABŞ-ı tərk etmək üçü 72 saat vaxt verilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti