Rusiyanın Ombudsmanı Sülh Platformasını dəstəklədi

Rusiyanın Ombudsmanı Sülh Platformasını dəstəklədi
  30 Dekabr 2016    Oxunub:2012
"Azərbaycan və Ermənistan arasında istənilən formatda dialoqu yalnız alqışlamaq lazımdır".

AzVision.az xəbər verir ki, bunu Rusiya Federasiyasının insan hüquqları üzrə müvəkkili Tatyana Moskalkova “Vestnik Kafkaz”-a “Ermənistan və Azərbaycan arasında sülh platforması”nı şərh edərkən deyib. Ombudsman Sülh Platformasını dəstəklədiyini bildirib.

“Mən dialoqun davam etdirilməsi üçün yaradılan istənilən formatı yüksək qiymətləndirirəm. Qarşıdurmaya getmək lazım deyil. Çünki qarşıdurma nifrət və müharibədir. Mütləq danışmaq lazımdır”,- deyə vurğulayan ombudsman Rusiyanın parlamentarilər səviyyəsində buna bənzər təşəbbüsünün olduğunu xatırladıb.

“Dövlət Dumasının deputatı olduğum vaxtlarda biz Azərbaycan və Ermənistan üçün belə bir meydan təşkil etmişdik. Hər şey çox soyuq başladı, tərəflər bir-biriləri ilə salamlaşmırdılar. Lakin görüşün sonunda onlar birgə məktəbdə oxuduqlarını xatırladılar. Bütün bunları süni şəkildə dağıtmaq olmaz. Ona görə də dialoqu davam etdirmək lazımdır”, - deyə Tatyana Moskalkova vurğulayıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti