`Sanksiyalar bizə təsir etməyəcək` - Putinin müşaviri

`Sanksiyalar bizə təsir etməyəcək` - Putinin müşaviri
  30 Dekabr 2016    Oxunub:1414
Rusiya prezidentinin internetin inkişafı məsələləri üzrə müşaviri Qerman Klimenko bəyan edib ki, ABŞ-ın Rusiya əleyhinə yeni sanksiyaları kibertəhlükəsizlik üzrə ölkələr arasında münasibətlərə təsir etməyəcək.
Bu barədə AzVision.az “RNS”-ə istinadən xəbər verir.

Onun sözlərinə görə, bu sahədə münasibətlər aşağı səviyyədədir.

“ABŞ və Rusiya arasında kibertəhlükəsizlik sahəsində əməkdaşlığın onsuz da aşağı səviyyədə olduğunu nəzərə alsaq, demək olar ki, yeni sanksiyalar bu sektorda heç nəyi pisləşdirə bilməz”, - deyə Klimenko vurğulayıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti