`35 amerikalı diplomat Rusiyadan qovulacaq` - Lavrov

`35 amerikalı diplomat Rusiyadan qovulacaq` - Lavrov
  30 Dekabr 2016    Oxunub:2863
Rusiya 35 amerikalı diplomatı ölkədən çıxaracaq. Onlardan 31-i Moskvadakı səfirliyin, 4-ü isə Sankt-Peterburqdakı Baş konsulluğun əməkdaşıdır.
AzVision.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

XİN rəhbəri bu addımın ABŞ-a cavab olaraq atıldığını deyib.

“Təbii ki, biz bunu cavabsiz qoymayacağıq. Qarşılıqlı addımlar diplomatiyanın və beynəlxalq münasibətlərin qanunudur. Ona görə də Rusiya XİN digər nazirliklərin əməkdaşları ilə birgə 35 amerikalı diplomatın personan non-qrata edilməsi ilə bağlı Rusiya prezidentinə müraciət edib”, - deyə Lavrov vurğulayıb.

Rusiya XİN rəhbəri, həmçinin əlavə edib ki, amerikalılara onların Serebryannı Borudakı bağ evləri və Dorojnaya küçəsindəki anbardan istifadəsinin də qadağan olunması təklif olunub: “Bu təfliklərin operativ qaydada nəzərdən keçiriləciyinə ümid edirik”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti