Yeni amerikalı həmsədrin adı məlum oldu

Yeni amerikalı həmsədrin adı məlum oldu
  30 Dekabr 2016    Oxunub:1758
Riçard Hoqland 2017-ci ilin yanvar ayında ATƏT-in Minsk qrupunun ABŞ-dan olan müvəqqəti həmsədri təyin olunacaq.
AzVision.az “News.am”-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, o, bu vəzifədə vasitəçilik fəaliyyəti dekabrın 31-də başa çatacaq Ceyms Uorliki əvəz edəcək.

Riçard Hoqland 30 illik diplomatik təcrübəyə malikdir. O, ABŞ-ın Tacikistan və Qazaxıstanda səfiri, Pakistanda isə səfirin müavini vəzifələrində çalışıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti