Nazirlik dərsliklərin sayını açıqladı

Nazirlik dərsliklərin sayını açıqladı
  20 Avqust 2013    Oxunub:1293
Təhsil Nazirliyi orta məktəb dərsliklərindən hansılarının bu il yenidən hazırlanacağı və üzərində təkmilləşdirilmə aparılacağına aydınlıq gətirib.

AzVision.az Təhsil Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, II, IV və VII sinif dərsliklərində redaktə və korrektə işləri aparılıb. Dərsliklər növbəti illərdə tam tirajla çap olunan zaman TQDK-nın apardığı monitorinqin nəticələri nəzərə alınacaq.

Bu il təqdim ediləcək VI sinif dərslik komplektləri kurikulum əsasında hazırlanan ilk dərsliklərdir. VIII, IX və X sinif dərsliklərinin də bir qismi daxil olmaqla, bütövlükdə 2013-2014-cü tədris ilinə ümumtəhsil məktəblərinə 139 adda dərslik və müəllim üçün metodik vəsait veriləcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti