İtkin düşən səfirin öldürüldüyü məlum oldu

İtkin düşən səfirin öldürüldüyü məlum oldu
  30 Dekabr 2016    Oxunub:2710
Braziliyada itkin düşən Yunanıstanın səfiri Kyriakos Amiridis öldürülüb.

AzVision.az TASS-a istinadən xəbər verir ki, polis səfirin evindəki divanın üzərində qan ləkələri aşkarlayıb.

Ehtimal edilir ki, diplomat evində öldürüldükdən sonra cəsədi buradan avtomobillə aparılıb. İtən avtomobil tapılıb və onun içərisində bütünlüklə yanmış cəsəd aşkarlanıb.

Tibbi-ekspertiza onun Kyriakos Amiridisın cəsədi olduğunu təsdiqləyib.

Xatırladaq ki, Braziliyada Yunanıstanın bu ölkədə səfiri Kyriakos Amiridis dekabrın 28-də itkin düşmüşdü.

AzVision.az


Teqlər:  





Xəbər lenti