Milli Şuranı Müsavat dağıdır

Milli Şuranı Müsavat dağıdır
  20 Avqust 2013    Oxunub:1124
“Yeni Müsavat”ın yazdığına görə, Milli Şuranın ötən gün keçirilən iclasında səsvermənin nəticələri elan olunan kimi ACP, KXCP və Liberal Partiyası, o cümlədən də EL hərəkatının bəzi üzvləri Milli Şuranı tərk etdiklərini söyləyərək, iclas zalını tərk ediblər.
“Bu informasiya yalandır, həqiqəti əks etdirmir”. Bu sözləri AzVision.az-a açıqlamasında Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər deyib. O bildirib ki, belə bir informasiyanın yaılmasına səbəb Milli Şuradakı fikir ayrılığıdır: “Sadəcə olaraq biz ehtiyat vahid namizəd irəli sürülməsinə qarşı çıxdığımızı bəyan etmişik. Biz Rüstəm İbrahimbəyovun məktubu əsasında hazırlanmış memorandumu dəstəkləyirik. Səslər isə yarıyabrı oldu, bir səs fərqi ilə ehtiyat vahid namizəd təklifi qəbul olundu. Baxmayaraq ki, mən çıxış edib bildirmişdim ki, konsensus olmadan səsvermə düzgün deyil, çünki bu, fikir ayrılığına, Milli Şura daxilində çatlara gətirib çıxaracaq. Dediyim kimi də oldu. Milli Şurada səsvermə zamanı yarıbayarı bölünmə oldu”.

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu isə qısaca qeyd edib ki, bu məlumat yalandır: “Partiya üzvləri Milli Şuradan çıxmayıblar”.

Maraqlıdır, bəs “Yeni Müsavat” niyə “etibarlı mənbələr”ə dayanaraq belə xəbər yayır? Çox güman səbəb budur ki, Müsavat partiyası cəmiyyətdə Milli Şuranın dağılması ilə bağlı fikirlərin yayılmasında maraqlıdır. Çünki bu, Müsavatın seçkidə öz namizədilə iştirak etmək marağına cavab verir.

AzVision.az


Teqlər:  





Xəbər lenti