İraqda silsilə partlayışlar: 18 ölü, 38 yaralı

İraqda silsilə partlayışlar: 18 ölü, 38 yaralı
  31 Dekabr 2016    Oxunub:1791
İraqın paytaxtı Bağdadda silsilə partlayışlar törədilib.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə nəticəsində 18 nəfər ölüb, 38 nəfər isə yaralanıb.

Partlayış paytaxtın mərkəzi hissəsində Əs-Sinek rayonunda alış-veriş yerlərindən birində törədilib.

Partlayışın məsuliyyətini hələlik üzərinə götürən yoxdur.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti