Ağ civəni 8 min dollara satan şəxslər tutulub

Ağ civəni 8 min dollara satan şəxslər tutulub
  31 Dekabr 2016    Oxunub:1531
Azərbaycanda ağ civəni 8 min dollara satan şəxslər tutulub.
AzVision.az-ın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Belə ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhər sakinləri Faiq Nəbiyev və Məmməd Abdullayev Samux rayonu ərazisində 6 kiloqram 795 qram ağ civəni 8000 ABŞ dollarına satarkən tutulublar.


AzVision.az


Teqlər:  





Xəbər lenti