Araz Abdullayev `Qəbələ`yə keçib

Araz Abdullayev `Qəbələ`yə keçib
  31 Dekabr 2016    Oxunub:3257
“Qəbələ” futbol klubu qış fasiləsində ilk transferini gerçəkləşdirib.

AzVision.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “qırmızı-qaralar” Azərbaycan milli komandasının futbolçusu Araz Abdullayevi heyətinə qatıb.

24 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb. Karyerası ərzində Azərbaycanda yalnız “Neftçi”nin heyətində çıxış edən A.Abdullayev 2008-2011 və 2012-2016-cı illərdə bu klubun formasını geyinib. 2011-2012-ci illərdə müqavilə ilə İngiltərə “Everton”una məxsus olan yarımmüdafiəçi icarə əsasında 2012-ci ilin ilk yarısındə Yunanıstanın “Panionios” klubunda legioner həyatı yaşayıb.

Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında oynamış A.Abdullayev ölkəmizin əsas millisində 2008-ci ildə debüt edib. O, yığma komandada 20 oyun keçirib.

AzVision.az


Teqlər:  





Xəbər lenti