Asim Mollazadəvə Sabir Rüstəmxanlı namizədlikdən imtina etdi

Asim Mollazadəvə Sabir Rüstəmxanlı  namizədlikdən imtina etdi
  20 Avqust 2013    Oxunub:1143
Daha bir deputatın partiyası prezident seçkilərində iştirakla bağlı qərarını açıqlayıb.

Millət vəkili Asim Mollazadənin sədri olduğu Azərbaycan Demokratik İslahatlar Partiyasının Siyasi Şurası 2013-cü ilin oktyabrında keçiriləcək prezident seçkilərində iştirakla bağlı qərar qəbul edib. Qərara əsasən partiya seçkilərdə öz namizədi ilə çıxış etməsə də, ümumilikdə seçki prosesini ciddi şəkildə müşahidə edəcək və müşahidələrin nəticələrini seçkidən sonra ictimaiyyətə açıqlayacaq.

Qeyd edək ki, partiyanın 4-cü qurultayında seçkilərdə iştirakla bağlı qərar qəbul edilib, iştirak formasını müəyyənləşdirmək səlahiyyəti Siyasi Şuraya həvalə olunub.

Xatırladaq ki, Böyük Qurtuluş Partiyasının sədri Fazil Mustafa , və Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, deputat Sabir Rüstəmxanlı prezidentliyə namizədlikdən imtina edib.



Teqlər:  





Xəbər lenti