Bu gün sərxoş sürücülər pulsuz aparılacaq
AzVision.az-ın məlumatına görə, könüllü sürücüləri çağırmaq üçün əvvəlcədən elan olunmuş telefon nömrəsini yığmaq kifayət edəcək. Pulsuz xidmətdən istifadə etmək istəyənlərin sayı hər il artığından, assosiasiyaya evə getməzdən bir saat qabaq zəng vurmaq tövsiyə olunur. Müştərilərin gecə yarısından səhər saat 06.00-dək evlərinə çatdırılması üçün 200 avtomobil ayrılıb.
Brüssel polisi öz növbəsində xəbərdarlıq edib ki, Yeni il gecəsi sərxoş sürücülərə güzəşt olunmayacaq. Həmçinin şəhərin hakimiyyət orqanları elan ediblər ki, ictimai nəqliyyat da həmin gün səhər saat 6-dək pulsuz işləyəcək. (azərtac)
AzVision.az