Pan Gi Mun BMT-nin qərargahını tərk edib

Pan Gi Mun BMT-nin qərargahını tərk edib
  31 Dekabr 2016    Oxunub:1874
BMT-nin baş katibi Pan Gi Mun səlahiyyətlərinin bitməsinə 1 gün qalmış təşkilatın Nyu-Yorkdakı qərargahını tərk edib.

AzVision.az-ın məlumatına görə, təşkilatın sayca 8-ci inzibati rəhbəri 2007-ci ildən çiyin-çiyinə işlədiyi əməkdaşları ilə vidalaşıb.

"Son 10 il ərzində mən minlərlə nitq söyləmişəm. Amma mən hələ də çox şey söyləmək istəyirəm. İndi mənim ağlımda yalnız iki söz var: Sağ olun. Mən sizi həmkar adlandırıb qürur hiss etdiyim kimi, sizdə qürur hiss etməlisiniz", - baş katib deyib.

AzVision.az


Teqlər:  





Xəbər lenti