Türkiyədə zəlzələ olub

Türkiyədə zəlzələ olub
  31 Dekabr 2016    Oxunub:1508
Türkiyənin Van bölgəsində zəlzələ olub.

AzVision.az-ın yerli KİV-ə istinadən verdiyi xəbərə görə, 4 bal gücündəki zəlzələ yerli saatla 15:21-də baş verib.

Yerin 5 kilometr dərinliyində qeydə alınan zəlzələ əhali arasında qısa müddətli təşvişə səbəb olub.

Kənan Məmmədov
AzVision.az


Teqlər:





Xəbər lenti