Türkiyə Yeni ili terrorla qarşıladı: 39 ölü, 69 yaralı

Türkiyə Yeni ili terrorla qarşıladı: 39 ölü, 69 yaralı
  01 Yanvar 2017    Oxunub:8580
İstanbulda gecə klubuna silahlı basqın olub.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, şaxta baba geyimli şəxslər kluba daxil olaraq insanlara atəş açıblar.

Şəhər valisi Vasip Şahin hadisəni terror aktı adlandırıb. Onun sözlərinə görə, naməlum silahlı şəxs Ortakoy rayonunda yerləşən "Rein"a gecə klubuna yaxınlaşaraq, girişdə duran polis əməkdaşını və mülki şəxsi qətlə yetirib, sonra isə içəri daxil olaraq oradakı insanlara atəş açıb.

Hücum zamanı gecə klubunda 600-dək insan Yeni il bayramını qeyd edirmiş.

Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib ki, silahlı hücum zamanı ölənlərin sayı 39-a yüksəlib. Ölənlərdən 16-sının başqa ölkə vətəndaşı olduğunu açıqlayan nazir bildirib ki, xəstəxanalarda 69 yaralı var. Türkiyənin daxili işlər naziri Santa Klaus geyimində gecə klubuna daxil olan şəxsin qətliamdan sonra paltarını dəyişərək oradan qaçdığını da söyləyib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti