`Vahid ehtiyat namizəd təklifi AXCP-yə məxsusdur`

`Vahid ehtiyat namizəd təklifi AXCP-yə məxsusdur`
  20 Avqust 2013    Oxunub:1164
"Vahid ehtiyat namizəd məsələsinin səsverməyə çıxarılması AXCP-yə məxsusdur. Bu təklifin tərəfdarları da olub".
Bunu “Qafqazinfo”ya açıqlamasında AXCP sədrinin müavini Fuad Qəhrəmanlı vahid ehtiyat namizəd məsələsinin səsverməyə çıxarılmasına niyə təkid etdiklərinə münasibət bildirərkən deyib.

Fuad Qəhrəmanlı bildirib ki, mövzunun gündəmə çıxarılıb səsverməyə qoyulmasında açıq mövqe nümayiş etdirən AXCP olub: “Rüstəm İbrahimbəyovun ölkəyə qayıtmaycağı və vətəndaşlıq probleminin həll olunmayacağı təqdirdə Milli Şura seçkidən kənarda qalmamalıdır. Milli Şura vahid komanda kimi seçkidə iştirak etməlidir. Vahid namizəd alternativsiz seçimdir. Memorandumda ayrı-ayrı partiyaların namizədlərini irəli sürmək məsələsi var idi. Düşünürük ki, bu şəkildə olsa həmin namizədlər Milli Şuranın qarşısına qoyduğu öhdəlikləri üzərlərinə götürməyəcəklər. Və onların güzəştə gedib getməyəcəkləri məsələsi açıq qalırdı. Milli Şura seçki prosesindən kənarda qalmamalıdır”.

AXCP bir müddət öncə vahid namizəd məsələsinin üzərində dayandığını israrla təkid edirdi. Amma indi nə baş verir sualına isə Fuad Qəhrəmanlının cavabı belə olub:

“ Bir ay bundan öncə vəziyyət başqa idi. Rüstəm İbrahimbəyovun ölkəyə qayıdacağı və vətəndaşlıq probleminin həllinin yubadılacağı məsələsi gündəmdə yox idi. İndi isə vəziyyət ortadadır. Buna görə də AXCP vahid ehtiyat namizəd məsələsindən çıxış etdi. Və təklif 43 faizlə qəbul olundu”.


Teqlər:  





Xəbər lenti