İstanbuldakı konsulluğumuzda `qaynar xətt` yaradıldı

İstanbuldakı konsulluğumuzda `qaynar xətt` yaradıldı
  01 Yanvar 2017    Oxunub:1359
Yanvarın 1-də İstanbulun Ortaköy rayonundakı “Reina” gecə klubunda törədilən terror aktı ilə əlaqədar Azərbaycanın baş konsulluğunda “qaynar xətt” yaradılıb.
İlkin məlumata görə, yaralılar arasında Azərbaycanın iki vətəndaşı olub. Onlardan biri artıq evə buraxılıb.

Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev bildirib ki, həmin şəxslərin şəxsiyyətinin müəyyənləşdirilməsi, o cümlədən zərərçəkənlər arasında digər vətəndaşlarımızın olub-olmaması istiqamətində araşdırmalar davam etdirilir.

Xatırladaq ki, terror aktı nəticəsində həlak olan 39 nəfərdən 21-nin şəxsiyyəti müəyyənləşdirilib. Onlardan 15-i xarici ölkə vətəndaşlarıdır. Xəsarət alan 65 nəfərdən dördünün vəziyyəti ağırdır.(Azərtac)

AzVision.az


Teqlər:  





Xəbər lenti