Dəhşətli qəza - 5 gənc yanaraq öldü
APA-nın Gürcüstan bürosunun məlumatına görə, BMW markalı avtomobil şəhərin mərkəzində memoriala çırpılıb.
Nəticədə avtomobildə partlayış baş verib, yanğın başlayıb. Hadisə şahidlərinin verdiyi məlumata görə, avtomobildə olan 5 gənc yanaraq ölüblər. Hazırda gənclərin kimliyi araşdırılır. Hadisə yerinə yol-patrul xidməti və yanğınsöndürmə briqadası gəlib.
Hadisənin başvermə səbəbləri araşdırılır.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


