Bənazir Buhuttonu Pərviz Müşərrəf öldürüb

Bənazir Buhuttonu Pərviz Müşərrəf öldürüb
  20 Avqust 2013    Oxunub:1715
Pakistanın keçmiş prezidenti Pərviz Müşərrəf, Bənazir Buhuttonun qətlində ittiham olunur.
2007-ci ildə qətlə yetirilən müxalifət lideri bənazir Buhuttonun qətli ilə bağlı Pakistanın keçmiş prezidenti Pərviz Müşərrəfə qarşı rəsmi qaydada ittiham irəli sürülüb. Bu barədə AzVision.az Pakistan Baş Prokurorluğunun 20 avqust bəyanatına istinadən məlumat verir.

Müşərrəf, Pakistan cinayət məcəlləsinin 3 bənd ilə - adam öldürmək, sui-qəsd, və sui qəsddə əli olmaq bəndləri ilə ittiham olunur. Günahı sübut olunarsa keçmiş prezidenti ölüm və ya ömürlük həbs cəzası göləyir.

Qeyd edək ki, Müşərrəf Pakistana 1999-2008-ci illərdə rəhbərlik edib. O hərbi çevriliş nəticəsində prezident seçilib. Keçmiş baş nazir, müxalifət liderlərindən biri olan Bənazir Buhutto isə 2007-ci ildə Ravalpinddə, seçkiqabağı mitinqdə ona qarşı öncədən hazırlanmış terror nəticəsində qətlə yetirilib. Müxalifət hələ o zaman da Buhuttonun ölümündə Müşərrəfi günahlandırıb, lakin keçmiş prezident bunu inkar edib.

2008-ci ildə Pərviz Müşərrəf Londona qaçıb. Sonrakı hökumətin onu Pakistana ektradisiya etmək cəhdləri də uğursuz olub.

2013-cü ilin martında Müşərrəf, parlament seçkilərində iştirak etmək məqsədilə könüllü olaraq Pakistana geri qayıdıb. Ancaq keçmiş prezident aprel ayında məhkəmənin qərarı ilə əvvəlcə seçki yarışmasından kənarlaşdırılıb daha sonra isə həbs edilib.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti