İstanbuldakı terroru İŞİD öz üzərinə götürdü - Yenilənib

İstanbuldakı terroru İŞİD öz üzərinə götürdü - Yenilənib
  02 Yanvar 2017    Oxunub:3888
İstanbulda “Reina“ gecə klubunda 16 əcnəbi olmaqla, 39 nəfərin öldürüldüyü terror hücumunu İŞİD öz üzərinə götürüb.

AzVision.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

***

İstanbulun “Reina” gecə klubunda terror aktını törədən özbək və ya qırğız ola bilər.

AzVision.az xəbər verir ki, bu barədə “CNN Türk” məlumat yayıb.

Məlumatda qeyd edilir ki, Reina hücumu araşdırılarkən terrorçunun İŞİD-lə əlqəsi olan Özbəkistan və ya Qırğızıstan vətəndaşı olması ehtimal edilir.

Qeyd edək ki, Yeni bayramı gecəsi “Reina” gecə klubuna naməlum silahlı şəxs hücum edib. Nəticədə 16 nəfər əcnəbi olmaqla, ümumilikdə 39 insan ölüb.

AzVision.az


Teqlər:  





Xəbər lenti