Bakıda faciəvi şəkildə ölən futbolçuların FOTOLARI

Bakıda faciəvi şəkildə ölən futbolçuların FOTOLARI
  02 Yanvar 2017    Oxunub:3612
Bakıda mənzildən meyitləri tapılan 5 kamerunludan 4-ü futbolçu imiş. Onlar Sabunçu futbol klubunun heyətində çıxış edirmişlər. Digər 1 nəfər isə Texniki Universitetin tələbəsi imiş.
AzVision.az xəbər verir ki, musavat.com-un əldə etdiyi məlumata görə, 5 əcnəbinin meyiti həmvətənləri olan digər tələbənin polisə məlumat verməsindən sonra tapılıb. Belə ki, 5 nəfərin yaşadığı Yasamal rayonu, Şamil Əzizbəyov küçəsi, ev 47 ünvanına gələn digər kamerunlu qapını döysə də, açan olmayıb.

O, qonşulardan onların evdə olub-olmadığını xəbər aldıqdan sonra polisə məlumat verib. Hadisə yerinə polislər və FHN əməkdaşları çağırılıb. Qapı qırıldıqdan sonra 5 nəfərin cansız bədəni tapılıb.

“Sabunçu” FK-nın oynayan rəhbəri Elçin Məmmədovun verdiyi məlumata görə, ölənlərdən Senan Nike, Nikbenti Nombiye Leves, Taken Pau Ata və Njonyoh Nans Ekum klubun heyətində çıxış edirmişlər.

Kamerun Respublikasının vətəndaşları olan bu şəxslər 1 ilə yaxın imiş ki, komandada forma geyinirmişlər.

Digər dünyasını dəyişən Kamerun vətəndaşı Nzemele Ezzambe Texniki Universitetdə təhsil alırmış.





AzVision.az


Teqlər:  





Xəbər lenti