Aeroportu partlatmaq istəyən şəxs tutuldu

Aeroportu partlatmaq istəyən şəxs tutuldu
  02 Yanvar 2017    Oxunub:2359
Türkiyənin Antalya şəhər aeroportunun təhlükəsizlik xidməti hava limanını partladacağı ilə hədələyən şəxsi yaxalayıb.
AzVision.az "Report"a istinadən xəbər verir ki, bu barədə "Haberturk" telekanalı məlumat yayıb.

Sözügedən şəxs aeroportda yoxlamadan keçən zaman üzərində partlayıcı qurğunun olduğunu bildirərək qışqırmağa başlayıb. Kişi dərhal yaxalanıb.

Telekanalın məlumatına görə, saxlanılan şəxs Suriya vətəndaşıdır.

AzVision.az


Teqlər:  





Xəbər lenti