Türkiyədən İŞİD-ə ağır zərbə - 18 ölü, 37 yaralı

Türkiyədən İŞİD-ə ağır zərbə - 18 ölü, 37 yaralı
  03 Yanvar 2017    Oxunub:4336
Türkiyə Silhalı Qüvvələri Suriyanın şimalında “Fərat qalxanı” əməliyyatının davam etdirir.

AzVision.az-ın Türkiyə KİV-lərinə istinadən xəbərinə görə, gün ərzində top atışları nəticəsində terror qruplaşmasının mövqelərinə sarsədəcə zərbələr endirilib.

TSK-dan verilən məlumata görə, əməliyyat nəticəsində 18 İŞİD üzvü məhv edilib, çoxu ağır olmaqla 37 terrorçu yaralanıb.

Qeyd edək ki, avqustun 24-dən başlayan “Fərat qalxanı” əməliyyatı 133 gündür ki, davam edir.

Kənan Məmmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti