Məşhur modelyer həbs edildi

Məşhur modelyer həbs edildi
  03 Yanvar 2017    Oxunub:2057
Sosial şəbəkədə Türkiyə əleyhinə təhqiramiz ifadələrlə dolu görüntüləri yayımlanan məşhur modelyer Barbaros Şansal həbs olunub.

Bu barədə AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir.

Türkiyənin məşhur modelyeri yeni il tətili üçün getdiyi Şimali Kipr Türk Cümhuriyyətində saxlanılaraq İstanbula göndərilib. Təyyarədə və Atatürk Hava limanında Türkiyə vətəndaşları ona hücum etməyə çalışıblar, lakin polis bunun qarşısını alıb.

Barbaros Şansal əvvəlcə xəstəxanada müayinədən keçirilib, oradan isə İstanbul Polis İdarəsinin Terrorla mübarizə şöbəsinə aparılıb.

Kənan Məmmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti