ABŞ-da 9 qaradərilini öldürən şəxs edam edilə bilər

ABŞ-da 9 qaradərilini öldürən şəxs edam edilə bilər
  03 Yanvar 2017    Oxunub:2224
2015-ci ilin iyununda ABŞ-ın Cənubi Karolina ştatında qara dərililərin ziyarət etdiyi 200 illik Emanuel Afrikan-Metodist Episkopal kilsəsinə basıqn edərək 9 nəfəri qətlə yetirən Dylann Ruf edam cəzasına məhkum edilə bilər.

Bu barədə AzVision.az xarici KİV-ə istinadən xəbər verir.

Hakim Riçard Gergel bildirib ki, psixatrların verdiyi rəyə əsasən Ruf edam cəzasına məhkum edilə bilər.

Qeyd edək ki, Ruf barədə yekun qərar sabah keçiriləcək məhkəmə prosesindən sonra bəlli olacaq.

Kənan Məmmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti