Amozon meşələrində hərbi helikopter itib

Amozon meşələrində hərbi helikopter itib
  03 Yanvar 2017    Oxunub:1653
Venesuelaya məxsus göyərtəsində 13 nəfər olan hərbi helikopter Amozon meşələrində itib.

Bu barədə AzVision.az xarici KİV-lərə istinadən xəbər verir.

Venesuela rabitə naziri Ernesto Villegas bildirib ki, Amozon meşələrində itən Rusiya istehsalı olan hərbi helikopterin axtarışları davam edir. Axtarışlara 8 hərbi kəşfiyat təyyarəsi cəlb edilib.

Helokopterdə olan şəxslər barədə hələlik məlumat verilmir.

Kənan Məmmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti