`Reina` terrorçusunun kimliyi məlum oldu
Terroristin diqqət çəkməmək üçün arvadı və 2 uşağını da Qırğızıstandan özü ilə gətirdiyi bildirilib. Terroristin iş tapmaq üçün Konyaya gəldiyini söylədiyi bəlli olub.
Kimliyi tam olaraq açıqlanmayan terroristin ailəsi həbs edilib. Terroristin arvadı ifadəsində hücumu televizordan öyrəndiyini və ərinin İŞİD üzvü olduğunu bilmədiyini qeyd edib.
Qeyd edək ki, ötən gecə İstanbulda gecə klubunda törədilən terror aktı nəticəsində 40 nəfər ölüb, 68 nəfər xəsarət alıb.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


