Çempionlar Liqasında pley-off həyəcanı başlayır

Çempionlar Liqasında pley-off həyəcanı başlayır
  20 Avqust 2013    Oxunub:1281
Bu gün Çempionlar Liqasının sonuncu təsnifat mərhələsinin ilk görüşlərinə start veriləcək.
Pley-off mərhələsinin ilk oyun günündə ümumilikdə beş qarşılaşma baş tutacaq. Mübarizəyə Qazaxıstanda start veriləcək və burda ikinci təsnifat mərhələsində “Neftçi”ni mübarizədən kənarlaşdırmış “Skenderbeu”nu məğlub edərək pley-off mərhələsində oynamaq hüququ qazanmış “Şaxtyor” “Seltik”i qəbul edəcək. Qalan 4 oyun isə eyni vaxtda başlayacaq. Bu qarşılaşmalar arasında PSV – “Milan” və “Lion” – “Real Sosyedad” oyunları daha çox maraq doğurur. Postsovet məkanının digər təmsilçisi “Zenit”i isə Portuqaliyada turnirin debütantı qarşısına çıxacaq. Onu da qeyd edək ki, pley-off mərhələsinin digər matçları sabah keçiriləcək.
Çempionlar Liqası, pley-off mərhələsi (ilk oyunlar)

20 avqust

20:00. “Şaxtyor” (Qazaxıstan) – “Seltik” (Şotlandiya)
23:45. “Lion” (Fransa) – “Real Sosyedad” (İspaniya)
23:45. “Pakoş Fereyra” (Portuqaliya) – “Zenit” (Rusiya)
23:45. PSV (Hollandiya) – “Milan” (İtaliya)
23:45. “Viktoriya” (Çexiya) – “Maribor” (Sloveniya)

AzVision.az



Teqlər:





Xəbər lenti