Türkiyədə fövqəladə rejim daha 3 ay uzadılır

Türkiyədə fövqəladə rejim daha 3 ay uzadılır
  03 Yanvar 2017    Oxunub:1826
Türkiyədə fövqəlada vəziyyət rejimi daha 3 ay uzadılacaq.
AzVision.az Türkiyə mətbuatına istinadən bildirir ki, bunu Türkiyənin baş naziri Bibnəli Yıldırım deyib.

O bldirib ki, İstanbulun Ortaköy rayonunda yerləşən “Reina” gecə klubunda baş verən terror aktı buna zəmin yaradıb. Baş nazir qeyd edib ki, ölkədə fövqəladə vəziyyətlə bağlı qərar bu həftə Türkiyə Böyük Millət Məclisinin iclasında müzakirə olunacaq.

Qeyd edək ki, Türkiyədə fövqəladə vəziyyət rejimi iyulun 15-də dövlət çevrilişinə cəhddən sonra üç ay müddətinə tətbiq edilib və sonradan daha üç ay uzadılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti