Gülər Əhmədovanın vəkilindən ad günü açıqlaması

Gülər Əhmədovanın vəkilindən ad günü açıqlaması
  20 Avqust 2013    Oxunub:1064
Bu gün həbsdə olan sabiq deputat Gülər Əhmədovanın ad günüdür.

AzVision.az xanım deputatın vəkili ilə danışıb, səhhətini öyrənmək istəsə də, bu, mümkün olmayıb. Vəkil Raqif Mustafayev açıqlama vermək istəməyib :

`Heçnə deyə bilmərəm. Mənə mətbuata danışmağa icazə vermir`.

Qeyd edək ki, Gülər Əhmədova 1965-ci avqust ayının 20-də Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1986-cı ildən Bakıda texniki peşə məktəbində müəllim, orta məktəbdə müəllim, direktor müavini vəzifələrində çalışıb. 1994-cü ildən Gənclər və İdman Nazirliyinin baş təlimatçısı, şöbə müdiri, idarə rəisi, 1996-cı ildən 2013-cü ilədək Respublika Uşaq Təşkilatının sədri, Bakı Dövlət Universitetinin müəllimi olub.

G.Əhmədova həm də Milli Məclisin deputatı idi.

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova deputat mandatından imtina edib. Bu il fevralın 13-də isə G.Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib.

G.Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə) maddələri ilə təqsirləndirilir.

G.Əhmədova hazırda Kürdəxanıdakı Bakı İstintaq Təcridxanasında saxlanılır.

Nihadə Eyyubova


Teqlər:





Xəbər lenti