Sabiq prezident vətəndaşlıqdan məhrum edildi

Sabiq prezident vətəndaşlıqdan məhrum edildi
  04 Yanvar 2017    Oxunub:2048
Moldovanın yeni prezidenti İqor Dodon Rumıniyanın sabiq dövlət başçısı Trayan Beseskunu bu yaxınlarda aldığı Moldova vətəndaşlığından məhrum edib.
AzVision.az xəbər verir ki, o, "Facebook" səhifəsində bu barədə fərman imzaladığını bildirib.

Qeyd edək ki, 2016-cı ilin iyun ayında Moldovanın dördüncü prezidenti Nikolay Timofti Beseskuya respublika vətəndaşlığı vermişdi.

Xatırladaq ki, dekabrın 27-i Moldovanın yeni prezidenti İqor Dodon müdafiə naziri Anatoli Şalarunu istefaya göndərib. A.Şalaru “Sovet işğalı muzeyini”nin yaradılması ilə qalmaqallı çıxışlarla məşhurdur. 

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti