Qazaxıstan BMT Təhlükəsizlik Şurasına daxil oldu

Qazaxıstan BMT Təhlükəsizlik Şurasına daxil oldu
  04 Yanvar 2017    Oxunub:1251
 Bu ilin 1 yanvar tarixindən Boliviya, Efiopiya, İtaliya, Qazaxıstan və İsveç BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvləri siyahısına daxil olub.
AzVision.az "Report"a istinadən xəbər verir ki, onların səlahiyyət müddəti iki ildir.

Maraqlıdır ki, İsveç quruma daxil olan kimi Təhlükəsizlik Şurasının sədri postunda yer alıb.

BMT TŞ təşkilatın 15 üzvündən ibarətdir. Böyük Britaniya, Çin, Rusiya, ABŞ və Fransa Təhlükəsizlik Şurasının daimi üzvləridir. Daha 10 qeyri-daimi üzv Baş Assambleya tərəfindən iki il müddətinə seçilir. Hər il 10 qeyri-daimi üzvdən beşi əvəzlənir.

AzVision.az


Teqlər:  





Xəbər lenti