Tramp `Quantanamo`nun bağlanmasını istəmir

Tramp `Quantanamo`nun bağlanmasını istəmir
  04 Yanvar 2017    Oxunub:2914
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın fikrincə, “Quantanamo” həbsxanasında saxlanılan təhlükəli məhbusların azadlığa buraxılması praktikasına son qoyulmalıdır.  
AzVision.az xəbər verir ki, Tramp bu barədə fikirlərini “Twitter” hesabında bildirib.
 
“Quantanamodan köçürmələrə son qoyulmalıdır. Onlar çox təhlükəli insanlardır, onların döyüş meydanına qayıtmasına imkan verilməməlidir”, - deyə Tramp qeyd edib.
 
Qeyd edək ki,  “Quantanamo” həbsxanasının bağlanılması hazırkı prezident Barak Obamanın seçkiqabağı əsas vədlərindən biri olub. Konqresin etirazları səbəbindən “Quantanamo”nu  bağlamaq mümkün olmayıb. Buna baxmayaraq, orada saxlanılan məhbusların sayı 242 nəfərdən 59-a endirilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti