Ərdoğan və Obama arasında telefon danışığı olub

Ərdoğan və Obama arasında telefon danışığı olub
  04 Yanvar 2017    Oxunub:1350
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı Barak Obama arasında telefon danışığı olub.

AzVision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Obama dekabrın 17-də Kayseridə, yanavrın 1-də İstanbulda baş verən terror aktlarını pisləyib və Türkiyə prezidentinə başsağlığı verib.

Obama Türkiyənin Suriyada atəşkəs və münaqişənin sülh yolu ilə həllinə yönlənmiş səylərini alqışladığını bildirib.

Telefon danışığı zamanı İraqda və Suriyada İŞİD terror qruplaşmasına qarşı əməliyyatlarla bağlı fikir mübadiləsi aparılıb.

AzVision.az



Teqlər:





Xəbər lenti