Karlovun qatili onun haqda məlumat toplayırmış

Karlovun qatili onun haqda məlumat toplayırmış
  04 Yanvar 2017    Oxunub:1979
Rusiya səfiri Andrey Karlovun Ankarada qətlinin araşdırılması zamanı ortaya maraqlı faktlar çıxıb.

AzVision.az-ın “Anadolu”ya istinadən verdiyi məlumata görə, istintaq zamanı məlum olub ki, vəkil O.Sərkanın (qatil Mevlut Mert Altıntaşın otaq yoldaşı) kompüteri vasitəsi ilə rusiyalı diplomatla bağlı 2016-cı ilin oktyabrında informasiya toplanırmış.

Ekspertlər vəkil Sərkanın kompüterindəki məlumatlarını araşdırıblar. Bəlli olub ki, oktyabrda istifadəçi internetə Karlov haqqında dəfələrlə məlumat axtarışı verib və həmçinin Rusiya diplomatının iştirakı ilə olan videoları izləyib.

Müstəntiqlər qatilin həmin vaxt kimlərlə yazışıb, əlaqə saxladığını aydınlaşdırır. Məlumatda bildirilir ki, Karlovun işinin araşdırılmasının koordinasiyası Ankara baş prokurorunun müavin Necib Cem İşçimenin rəhbərliyi altında aparılır.

Xatırladaq ki, Rusiya səfiri Andrey Karlov dekabrın 19-da Ankarada öldürülüb. Onu 22 yaşlı keçmiş polis işçisi Mövlud Mert tapançadan açdığı atəşlə qətlə yetirib.

AzVision.az


Teqlər:  





Xəbər lenti