Türkiyədə İŞİD əməliyyatı: 5 nəfər tutulub

Türkiyədə İŞİD əməliyyatı: 5 nəfər tutulub
  04 Yanvar 2017    Oxunub:1675
İstanbulda törədilmiş terror aktı ilə bağlı İzmirdə növbəti əməliyyat həyata keçirilib.
AzVision.az "Sözcü"yə istinadən xəbər verir ki, polis İŞİD terror qruplaşmasının üzvü olduğu ehtimal edilən 5 nəfəri saxlayıb. Hazırda onların İstanbulda törədilən terror hücumunda əllərinin oldub-olmadığı aydınlaşdırılır.

Qeyd edək ki, yeni il gecəsi Santa Klaus geyimli naməlum silahlı İstanbuldakı "Reina" gecə klubuna yaxınlaşaraq, girişdə duran polis əməkdaşını və mülki şəxsi qətlə yetirib, sonra isə içəri daxil olaraq oradakı insanlara atəş açıb.

Hücum zamanı gecə klubunda Yeni il bayramını qeyd edən 600-dək insan olub. Nəticədə 39 nəfər ölüb, 65 yaralı var.

AzVision.az


Teqlər:  





Xəbər lenti