İlham Əliyevin sənədləri MSK-ya təqdim olundu
Bu barədə YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib.
O qeyd edib ki, MSK-dan alınan 900 imza vərəqi Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq doldurulub və təqdim edilib: “125 dairəni əhatə etməklə toplanan 45 min imza müvafiq sənədlərlə birgə MSK-ya təqdim olunub və qəbul edilib”.
S. Novruzov bildirib ki, qanunvericiliyə uyğun olaraq təbliğat təşviqat kampaniyasına sentyabrın 16-dan başlanacaq.
Xatırladaq ki, Mərkəzi Seçki Komissiyası (MSK) avqustun 10-da keçirdiyi iclasda İlham Əliyevin namizədliyinin irəli sürülməsini təsdiq edib.
İmza toplama kampaniyası üçün son tarix sentyabrın 9-dur. Bu tarixə qədər imza vərəqələrini təqdim edən namizədlər bu tarixdən sonra MSK tərəfdən qeydə alınaraq sentyabrın 16-dan təbliğat-təşviqat kampaniyasına başlaya biləcəklər.(apa)