`Terrorçunun kimliyi məlumdur` - Çavuşoğlu

`Terrorçunun kimliyi məlumdur` - Çavuşoğlu
  04 Yanvar 2017    Oxunub:2131
“Terrorçunun kimliyi məlum olub. Onun həbs olunması istiqamətində işlər davam etdirilir”.
AzVision.az-ın məlumatına görə, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu “Anadolu” agentliyinə müsahibəsində deyib. Nazir bildirib ki, həmin şəxsin yaşadığı evə baxış keçirilib:

“Hazırda onun bu terroru törətmək üçün kimlərdən kömək alması, arxasında kimlərin olması ilə bağlı araşdırmalar davam etdirilir”.

Qeyd edək ki, yeni il gecəsi Santa Klaus geyimli naməlum silahlı İstanbuldakı "Reina" gecə klubuna yaxınlaşaraq, girişdə duran polis əməkdaşını və mülki şəxsi qətlə yetirib, sonra isə içəri daxil olaraq oradakı insanlara atəş açıb.

Hücum zamanı gecə klubunda Yeni il bayramını qeyd edən 600-dək insan olub. Nəticədə 39 nəfər ölüb, 65 yaralı var.

AzVision.az


Teqlər:  





Xəbər lenti