İbrahimbəyovun sənədləri niyə MSK-ya təqdim olunmur?

İbrahimbəyovun sənədləri niyə MSK-ya təqdim olunmur?
  20 Avqust 2013    Oxunub:1052
“Konkret vaxt deyə bilmərəm”
Mili Şuranın üzvü Eldəniz Quliyev Rüstəm İbrahimbəyovun seçki sənədlərinin tezliklə Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim olunacağını desə də, Milli Şura seçicilərinin təşəbbüs qrupunun nümayəndəsi Elman Məmmədzadə xəbəri təkzib edib :

“MSK-nın öz təqdim planı var. Bu müddət ərzində planlaşdırırıq ki, Rüstəm İbrahimbəyovun sənədlərini MSK-ya təqdim edək. Sənədlərlə bağlı həll edilməli bir sıra məsələlər var. Sənədlərin MSK-ya təqdim olunması üçün tələsmək lazım deyil. Hələ zaman var. Ona görə də konkret bir vaxt deyə bilmərəm”.

Qeyd edək ki, 17 nəfər namizədlik sənədlərini MSK-ya təqdim edib.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti