Erməni katolikos Türkiyədən Əsədə şikayət etdi - Video

Erməni katolikos Türkiyədən Əsədə şikayət etdi - Video
  05 Yanvar 2017    Oxunub:2501
Ermənilərin Kilikiya kilsəsinin katolikosu I Aram Suriya prezidenti Bəşər Əsədlə görüşüb.
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, görüş Suriya prezidentinin iqamətgahında baş tutub.

Məlumata əsasən tərəflər arasında görüş bir saatdan artıq davam edib. Əsəd katolikosu Suriya daxilində mövcud durum barədə məlumatlandırıb. Görüş zamanı I Aram Türkiyənin regionda, xüsusilə Suriyada mənfi rol oynadığını vurğulayıb.

Erməni katolikosu, həmçinin tezliklə Suriyada sülh prosesinin başlayacağına ümid etdiyini bildirib.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti