Türkiyədə hərbçilərin arvadları həbs olunur

Türkiyədə hərbçilərin arvadları həbs olunur
  05 Yanvar 2017    Oxunub:5116
Türkiyədə dövlət qurumlarında işləmək üçün keçirilən sınaq imtahanlarında (KPSS) saxtakarlıq edənlərə qarşı əməliyyatlar keçirilir.
AzVision.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Fətullahçı Terror Təşkilatının (FETÖ) qiyam cəhdində fəal iştirak edən 105 əsgərin həyat yoldaşının saxlanılmasına qərar verilib. Əməliyyatlar zamanı onlardan 74-ü artıq həbs edilib.

Şübhəlilər arasında məmur, müəllim, sosioloq, məsləhətçi, kompüter mütəxəsisi də var. Onlardan 75-nin hələ də dövlət məmuru kimi vəzifə daşıdığı məlum olub.

Şübhəlilərdən ikisinin həyat yoldaşının polkovnik, 14-nün polkovnik-leytenant, 40-nın mayor, 40-nın kapitan, 4-nün baş leytenant olduğu bildirilib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti