Berluskoninin dostu Avroparlamentin rəhbəri ola bilər

Berluskoninin dostu Avroparlamentin rəhbəri ola bilər
  05 Yanvar 2017    Oxunub:1556
Avropa Parlamentinin (AP) yeni rəhbəri İtaliyanın sabiq baş naziri Silvio Berluskoninin dostu Antonio Tayani seçilə bilər.
AzVision.az xəbər verir ki, bunu “Ria Novosti” yə açıqlamasında qurumdakı mənbə bildirib. O, qeyd edib ki, Tayaninin seçilmə şansı yüksəskdir:

“Digər real namizəd Canni Pitella və Belçikanın keçmiş baş naziri Ni Verhofstadtır. Antonio Tayani isə hazırda sədrin müavini vəzifəsini tutur. O, Avropa Parlamentində ən böyük fraksiya olan Avropa Xalq Partiyasından (EPP) seçilib”.

O xatırladıb ki, Avropa Parlamentində 751 mandatın 216-sı Avropa Xalq Partiyasına məxsusdur. Sosialistlər - 189, liberal demokratların isə 69 mandatı var.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti