Kraliça II Yelizaveta ölümdən qurtulub

Kraliça II Yelizaveta ölümdən qurtulub
  05 Yanvar 2017    Oxunub:2360
Böyük Britaniya Kraliçası II Yelizaveta Bukingem sarayında öz mühafizəçisi tərəfindən qətlə yetiriləçəkmiş.
AzVision.az verir ki, bu barədə “İndependent” qəzeti məlumat yayıb.

Kraliçanın keçmiş qarovulçusu qəzetə müsahibəsində hadisənin təfərrüatlarını açıqlayıb. O, qeyd edib ki, sarayın ərazisinin təhlükəsizliyinə cavabdeh olduğu zaman qaranlıqda fiqur görüb: “Dərhal silahı həmin tərəfə tuşlayaraq: “Kimdir” deyə qışqırdım. Qaranlıqda dayanan şəxsin Kraliça olduğunu bildikdən sonra ona “az qala sizi vuracaqdım” dedim”.

Hadisənin nə vaxt baş verməsi barədə məlumat verilməyib.

Qeyd edək ki, Böyük Britaniya Kraliçası II Yelizaveta yuxusuzluqdan əziyyət çəkir və bu səbəbdən gecələr sarayın həyətində gəzir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti